Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 09:00
Ukrayna münaqişəsi başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan aldığı qazın həcmini yarıbayarı azaldıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın "Deutsche Welle" radiosuna müsahibəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.
"Əgər müharibəyə qədər Aİ-nin enerji daşıyıcılarının 40%-ni Rusiya təmin edirdisə, hazırda bu rəqəm 20%-dir. Avropa ölkələrindən bir gecədə rus qazının alışını dayandırmağı tələb etmək olmaz. Biz möcüzə yarada bilmərik" - deyə komissar bildirib.