Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verdi

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verdi

Tarix: 30 Iyul 2022 16:48

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Etiketlər:  İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ