Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu virus uşaq və gəncləri hədəf seçib - professor Adil Qeybulla

Bu virus uşaq və gəncləri hədəf seçib -  professor Adil Qeybulla

Tarix: 30 Iyul 2022 22:09

Son günlər uşaq və gənclər arasında kütləvi şəkildə yayılan baş və qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma və ishal halları rotaviruslarıdır. Rotaviruslar çox yoluxucu bir xəstəlikdir, ribonuklein turşusu daşıyıcısı virusudur.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu tibbi elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, bu virus mövsümi olaraq kütləvi şəkildə yayılır və sonra yoxa çıxır:

"Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir. Uşaqların bədənin su tutumu az olduğuna görə, ishaldan sonra bədən susuzlaşır və onlar adətən xəstəxanaya susuzlaşmış bədənlə daxil olurlar".

A.Qeybulla vurğulayıb ki, virus daha çox inkefsion xəstəliklərin göstəriciləri ilə müşahidə olunur:

"Bu virusu zəhərlənmə və qida toksik infenksiyaları ilə qarışdırmaq olmaz. Çünki bu infeksiyalar adətən nadir hallarda olur. Hazırda geniş yayılan virus isə fərqli qida yeyən şəxslər arasında müşahidə edilir".

Professor qeyd edib ki, bu kimi hallarda ilkin tibbi yardım olaraq valideynlər uşaqlara apteklərdə satılan "Rehidron" duzunun həll olunmuş formada verməlidir ki, onlarda su maddəsi pozulmasın:

"Daha sonra həkimə müraciət etmək lazmdır".


Etiketlər:  virus uşaq gəncləri hədəf seçib professor Adil Qeybulla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ