Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 16:40
"Apple" şirkəti "Lamborghini"nin aparıcı avtomobil dizaynerlərindən biri olan Luici Taraborrellini avtonom idarə olunan elektromobilin yaradılması məqsədilə işə götürüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Taraborrelli italyan avtosənayesinin 20 illik təcrübəyə malik veteranlarından hesab olunur.
Mütəxəssisin son illərdə uğursuz olan "Apple" avtomobil proqramını bərpa etməsini gözlənilir.
Qeyd edək ki, ötən ilin noyabr ayında şirkət sürücüsüz avtomobil istehsal edən "Tesla"nın keçmiş mühəndisi Kristofer Muru da işə götürüb. Həmçinin, gözlənildiyi kimi, layihə üzərində "Ford", BMW, "McLaren", "Porsche" və başqa brendlərin mütəxəssisləri çalışacaq.
İlk "alma" elektromobilin istehsalına 2025-ci ildə başlanılması nəzərdə tutulub.