Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 20:42
Dünən Salyan rayonu ərazisində "Yolüstü" adlı restoranın açılış mərasimi keçirilib.
Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.
Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur. Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.