Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Komissiyası Kosovonun qərarına münasibət bildirib

Avropa Komissiyası Kosovonun qərarına münasibət bildirib

Tarix: 1 Avqust 2022 08:06

Avropa Komissiyası Kosovonun Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salmasını alqışlayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak deyib.

Xüsusi nümayəndə Tvitter hesabında qeyd edib ki, Kosovo Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin təklifini qəbul edib.

"Borrel Serbiya və Kosovonu dialoqa çağırıb. ABŞ səfirinə də göstərdiyi köməyə görə təşəkkür edirik" - deyə xüsusi nümayəndə bilıdirib.

Layçak qeyd edib ki, indi bütün barrikadalar yığışdırılmalıdır.

Milli.Az


Etiketlər:  Avropa Komissiyası Kosovonun qərarına münasibət bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ