Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənlik mərasimində 58 nəfər zəhərlənib

Şənlik mərasimində 58 nəfər zəhərlənib

Tarix: 1 Avqust 2022 08:54

Qırğızıstanın Batken vilayətinin Kadamjay şəhərində ictimai iaşə obyektlərindən birində baş verən kütləvi mərasimdən sonra 50-dən çox insan tibbi yardıma müraciət edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə TASS-a Respublikanın Xəstəliklərin Profilaktikası və Dövlət Sanitariya-Epidemioloji Nəzarət Departamentindən məlumat verilib.

"İlkin məlumatlara görə, Kadamjayda qidadan zəhərlənmə nəticəsində ümumilikdə 58 nəfər zərər çəkib", - qurumun nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qohumların şəhərdəki kafelərdən birində keçirilən mərasimindən sonra ikisi uşaq olmaqla, 6 nəfər xəstəxanaya yerləşdirilib. "Onların vəziyyəti orta ağır qiymətləndirilir", - departamentdən qeyd edilib.

Milli.Az


Etiketlər:  Şənlik mərasimində nəfər zəhərlənib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ