Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 17:12
Bakı. Trend:
Azərbaycanda internetin baha olması ilə bağlı uzun illər boyu möhkəm stereotiplər formalaşıb. Lakin bu steretipləri qırmaq vaxtıdır, çünki reallıqa nəzər salsaq bu gün Bakı və Gəncə şəhərlərində kifayət qədər sərfəli internet xidmətləri göstərən provayderlər mövcuddur.
Trend-in məlumatına görə, Ailə NET, KATV1 kimi fiber-optik internet xidməti göstərən provayderlər abunəçiyə 1 mbit/s sürəti 50 qəpikdən təqdim edirlər. Düzdür minimal qoşulma paketi 36 mbit/s – 18 azn olsa da, etiraf etmək lazımdır ki yerli bazarda, eyni zamanda qonşu ölkələrdə olan internet qiymətlərində də sərfəlidir. Məsələn qonşu Gürcüstanda (Magticom) minimal tarif 20 mbit/s olmaqla optik internetin aylıq qiyməti 17 azn təşkil edir (yəni 1 mbit/s-i 85 qəpikdən).
Eyni zamanda qeyd etmək lazımdır ki, göstərilən internet xidmətinin keyfiyyəti də son illər yüksəlməkdədir. Hal-hazırda ən son fiber-optik texnologiya üzərindən internet və bir çox digər xidmətlərən göstərən Ailə NET, KATV1, CityNET kimi provayderlər qarşılıqlı sağlam rəqabət aparırlar və internet bazarında istifadəçi üçün geniş seçimin olduğunu dərk edərək, onun məmnunluğu və loyallığı üçün ən üstün və dayanıqlı xidmət göstərməyə səy göstərirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin