Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 15:00
"Evlənmək mənə çərçivəyə daxil olmaq kimi gəlir. Toyum bəlkə oldu, bəlkə də olmadı".
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova qonaq olduğu "Şourum" maqazin verilişində deyib.
Sənətçi ailə qurmaq, evlənmək və toy etmək məsələlərindən uzaq gəzdiyini açıqlayıb.
"Artıq ailə söhbətlərindən sınmışam. Bərpa etmək istəmirəm. Özüm-özümü idarə edirəm. Özüm ev ala, pul qazana bilirəm. Ailəmə və yaxınlarıma mən kömək edirəm. Bu, mənə bəsdir. Bunları edəndə özümü rahat hiss edirəm. Evlənmək hələki istəmirəm".
Qeyd edək ki, "Hiss" uşaq evində böyüyüb.