Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arıqlamaq istəyirsinizsə, bu içkilərdən imtina edin!

Arıqlamaq istəyirsinizsə, bu içkilərdən imtina edin!

Tarix: 2 Avqust 2022 20:15

Amerikalı diyetoloqlar arıqlamağa mane olan təhlükəli spirtli içkilərdən danışıblar.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, məşhur diyetoloq Lauren Manakerin fikrincə, kokos südü və ananas suyu ilə rom əsasında hazırlanan "pinacolada" kokteyli böyük miqdarda şəkər ehtiva edir. Həkim "Eat This, Not That" portalına müsahibəsində qeyd edib ki, tərkibində bir neçə növ spirt və Coca-Cola olan "Long Island" kokteyli də bədən çəkisinə heç də az zərər vermir.

Öz növbəsində, diyetoloq Emi Qudson restoran və kafelərdə çətir və şərbətlə təqdim edilən meyvə və giləmeyvə kokteyllərindən imtina etməyi tövsiyə edib.

"Sevdiyiniz içkinin kalorisini azaltmaq üçün onu qazlı su və laym suyu kimi aşağı kalorili əlavərlə qarışdırmağa çalışın", - həkim əlavə edib.


Etiketlər:  Arıqlamaq istəyirsinizsə içkilərdən imtina edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ