Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə rəsmisi: Dini məsələ heç vaxt indiki qədər siyasiləşərək bəşəriyyətin “kabus”una çevrilməyib

Komitə rəsmisi: Dini məsələ heç vaxt indiki qədər siyasiləşərək bəşəriyyətin “kabus”una çevrilməyib

Tarix: 24 Sentyabr 2019 20:08

Bakı. Elçin Mehdiyev - Trend:

Bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər göstərilib. Din müxtəlif vaxtlarda hansısa dövlətlərin və qüvvələrin dayaq nöqtəsi, uğurunun təminatçısı kimi çıxış edib. Lakin heç zaman dini məsələ indiki qədər siyasiləşib bəşəriyyətin “kabus”una çevrilməyib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov Şirvanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusubub müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dinin siyasiləşdirilməsinin fəsadlarına toxunan sədr müavini vurğulayıb ki, cəmiyyət zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilmirsə, ona lazımi dini biliklər sistemli şəkildə verilmirsə, deməli, onun hansısa qeyri-ənənəvi təriqətə qoşulması ehtimalı hələ də qalır. Bu səbəbdən maarifləndirmə cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə intensiv təşkil edilir.

“Həyat bilgisi” fənni çərçivəsində dini biliklərin verilməsinin əhəmiyyəti barədə də danışan sədr müavini diqqətə çatdırıb ki, orta məktəbdə dini biliklərin verilməsi həm şagirdlərin mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini bilgilərin təsadüfi adamlardan öyrənilməsinin qarşısını almış olur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə rəsmisi Dini məsələ heç vaxt indiki qədər siyasiləşərək bəşəriyyətin kabusuna çevrilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ