Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Tarix: 24 Sentyabr 2019 20:20

Bakı. Trend:

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ