Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 08:42
Dünyada koronavirusa yoluxanların sayı 585 143 027 nəfərə çatıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, indiyədək dünyada 6 424 682 insan COVID-19-dan ölüb, eyni zamanda koronavirusa yoluxmuş 555 milyon 361 787 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (93 319 702 yoluxma) qeydə alınıb. Birləşmiş Ştatlar dünyada ölüm sayına (1 055 975) görə də birincidir.
İyirmi milyondan çox yoluxma sayının qeydə alındığı ölkələrin siyahısında ikinci yerdə Hindistan (440 85 324), Fransa (33 960 131 ), Braziliya (33 890 428), Almaniya (31 044 554), Böyük Britaniya (23 304 479), İtaliya (21 170 600) və Cənubi Koreya (20 052 305) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.