Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 14:52
ABŞ-da "McDonald's" fast food şəbəkəsinin 23 yaşlı əməkdaşı Metyu Uebb güllələnib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb müştərilərdən birinin kartof "free"nin soyuq olmasından narazı qalması olub.
Bu barədə "İndependent" məlumat yayıb.
Nəşrin məlumatına görə, kartof "free"ni alan qadın sifariş verildiyi vaxt videobağlantı vasitəsilə oğlu Maykl Morqanla danışıb. Anası ilə Uebb arasında yaranan anlaşılmazlığın şahidi olan Morqan tezliklə kafeyə gəlib. Mübahisə qızışıb və nəticədə Morqan tapança ilə Uebbin boynuna atəş açıb.
Uebb hazırda ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Bildirilir ki, Morqan artıq dəfələrlə polis tərəfindən saxlanılıb. O, adam öldürməyə cəhddə ittiham olunub.