Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı

Tarix: 5 Avqust 2022 07:56

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu, "Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubuna 2:1 hesabıyla qalib gəlməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1.625-ə, son 5 mövsümdə isə 14.250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.
 
28-ci sırada 15.375 xala malik Polşa qərarlaşıb. Azərbaycanı isə Sloveniya və Qazaxıstan izləyir. Bu ölkələrin hesabında 12.375 xal var.

Milli.Az


Etiketlər:  Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ