Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 10:58
ABŞ- da bir şəxs adanı 339 000 dollara orada bir gece keçirəcək alıcıya satmaq istəyir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ABŞ-da, sahilindən qayıqla cəmi 10 dəqiqəlik məsafədə yerləşən Dak Ledj adlı kiçik bir ada var. Ərazidə omar, dəniz quşları, qartallar və suitilərə rast gəlmək olar. Adada gecələmək üçün kiçik kotec belə var. Adanın sahibi Bill, gələcək alıcıya qərarını verməzdən əvvəl adada bir gecəni tək keçirməyi təklif edir. O, gələcək sahibin adanın bütün gözəlliklərindən, eyni zamanda sərt hava şəraitindən xəbərdar olmasını istəyir.
Adada nə su, nə də istilik sistemi olmasa da, Billi deyir ki, bu ərazinin özünəxas cazibəsi var.