Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhərlər gözlərin kənarında seliyin əmələ gəlmə səbəbini bilirdinizmi?

Səhərlər gözlərin kənarında seliyin əmələ gəlmə səbəbini bilirdinizmi?

Tarix: 6 Avqust 2022 07:42

Hər səhər gözlərin kənarında seliyin əmələ gəlməsi demək olar ki, əksər insanların rastlşdığı bir vəziyyətdir. Xalq arasında bu seliyi müxtəlif cür adlandırırlar. Bu adlar arasında gözün quruması, şəkərləməsi, gözün tutulması və s.də var. Gözün səhərlər seliklə tutlması səbəbindən az adam həkimə müraciət edir. Amma bu vəziyyət bəzən narahatçılıq əmələ gətirir. Düzdür gözün səhərlər seliklə tutulması orqanizm üçün təhlükəli hesab edilmir, lakin onun əmələ gəlməsi heç də xoş hal hesab edilmir. Əslində yuxudan durarkən gözlərin ətrafında qurumuş seliyin olmasında təəccüblü heç nə yoxdur. İnsanlar daxil olmaqla bütün məməlilərin göz alaması üç qat qoruyucu təbəqədən ibarətdir. Bu təbəqələrlə göz alması arasında olan məsafədə qoruyucu nəmlik olur.  

Birinci qat gözün buynuz qişaını qoruyur. Həmin hissənin nəmliyi polsaxarid tərkibli selikdən ibarətdir.

İkinci qat maye təbəqədən ibarətdir. Mayenin əsas hissəsini su təşkil edir. Bu qatın olması göz üçün çox əhəmiyytlidir. Çünki, ikinci qat göz üçün əhəmiyyətli funksiyanı idarə edir. Onun işi gözü oksigenlə qidalandırmaqdan ibarətdir.
Üçüncü qat yağlı təbəqə sayılır. Bu təbəqə bizim gözümüzün görünən hissəsinin daima nəm olmasına səbəb olur və yad çisimlərin gözü zədələməsindən qoruyur. Üçüncü qat bir növ gözü plyonka kimi tutur. Bu hissənin fəaliyyətini ilk dəfə tibb elminə Henrix Meybom açıqlamışdır. Bu səbəbdən də həmin qatın fəliyyəti onun adı ilə bağlıdır. Üçüncü qat gözümüzü quruluqdan və zədələrdən qoruyur. Onun fəaliyyəti isə bədənimizin temperaturundan asılı olur.
Biz yatarkən bədənimizin temperaturu tədricən aşağı düşməyə başlayır. Bu zaman gözünüzdəki meybum göz kənarlarına süzülür və quruyur. Bu da səhərlər yuxudan durana kimi bizim göz ətrafımızda olan qurumuş seliyin əmələ gəlməsinə səbəb olur. Üçüncü təbəqədə olan meybum vəzilərinin fəal işləməsi isə seliyin miqdarının çox olmasına səbəb olur.Selik gözün daxilində olduqda yumşaq, xaricə axıb hava ilə reaksiyaya girdikdə isə quruyub qənd kimi olur. Səhərlər gözünüzün ətrfında gördüyümüz bu maddə gözümüzün sağlamlığı üçün vacib rol oynayır.


Etiketlər:  Səhərlər gözlərin kənarında seliyin əmələ gəlmə səbəbini bilirdinizmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ