Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini açıqladı

Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini açıqladı

Tarix: 6 Avqust 2022 16:54

Pentaqon dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tərəfdarı olduğunu bildirib. Lakin eyni zamanda buna mane olan amillərin olduğunu da etiraf edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu BMT-də çıxışı zamanı ABŞ müdafiə nazirinin müavini Kolin Hal deyib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı vəziyyət nüvə silahının yayılmaması müqaviləsinin reallaşdırılmasına mane olur.

"Təhlükəsizliklə bağlı mövcud çətinliklərə baxmayaraq, ABŞ nüvə risklərini azaltmaq üçün nüvə silahına malik digər dövlətlərlə əlaqə saxlamağa davam edəcək", - deyə o bildirib.

Kolin Hal qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Moskvadan gələn nüvə təhdidləri nüvə tərk-silahına mane olur.

O qeyd edib ki, nüvə silahının yayılmaması məsələsinə Çin tərəfindən nüvə silahlarının modernləşdirilməsi və genişləndirilməsi, İranın nüvə silahı hazırlaması və Şimali Koreyanın yeni nüvə sınağı da mane olur.


Etiketlər:  Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ