Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 14:00
Keçmiş boksçu Mayk Tayson iddia edir ki, "Hulu" yayım xidməti onun həyat hekayəsini serial üçün oğurlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, idmançı bildirib ki, layihənin yaradıcıları onun tərcümeyi-halından istifadə etdikləri üçün boksçuya maddi təzminat təklif etməyiblər.
"Hulu"nun sizi aldatmasına imkan verməyin. Mən onların həyatımla bağlı hekayəsini dəstəkləmirəm. 1822-ci il deyil, 2022-ci ildir", - Tayson "Instagram"da yazıb.
Qeyd edək ki, "Mayk" serialının premyerası avqustun 25-də "Hulu" platformasında baş tutacaq.