Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 20:36
"İnter"dən ayrıldıqdan sonra hələ ki, klubsuz olan çilili oyunçu Aleksis Sançesin yeni ünvanı müəyyənləşib.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, vinger "Olimpik" (Marsel) ilə 2 illik müqavilə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat verib. Mənbəyə görə, Aleksisin Fransa klubuna keçidi bu həftə rəsmiləşməlidir.
Qeyd edək ki, Çili millisinin üzvünü "Qalatasaray"da heyətinə qatmaq istəyirdi. A.Sançes ötən mövsüm Milan təmsilçisi ilə 38 oyuna çıxıb, 9 qol və 5 asisstlə fərqlənmişdi.