Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var'' - DEPUTAT ŞƏRH ETDİ

''Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var'' - DEPUTAT ŞƏRH ETDİ

Tarix: 9 Avqust 2022 13:24

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni etməliyik. Ermənistan ərazisində mövcud olan mədəni irsimiz erməni vandalizminə məruz qalıb".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanlılar uzun illər dədə-baba yurdları olan Qərbi Zəngəzurda, Göyçə mahalında, Vedibasarda, ümumiyyətlə, hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə yaşayıblar: "Təssüf ki, ötən illər ərzində Azərbaycan xalqının yaratdığı zəngin tarixi irs Ermənistan tərəfindən dağıdılmış, məhv edilmiş və ya saxtalaşdırılmışdır. Xüsusən İrəvanda azərbaycanlılara məxsus tikililər, habelə müsəlman abidələri erməni vandalizminin qurbanına çevrilib".

Deputat əlavə edib ki, bu gün Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var: "Əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar, yaradıblar. Daim qonşuların torpaqlarına iddia edən Ermənistan isə azərbaycanlılara aid bütün izləri bu torpaqlardan silməyə çalışıb.

Bu gün Ermənistan ərazisində mövcud olan mədəni-tarixi irsimizlə bağlı məlumatlar toplanaraq bütün dünyaya çatıdırlmalıdır. Bunun üçün lazımi işlər də görülür, vasitəmiz də var. Bu istiqamətdə xaricdə yaşayan azərbaycanlıların da köməyindən istifadə etmək olar. Yaxın günlərdə Azərbaycanda yeni təşkilat "Qərbi Azərbaycan İcması" adılı yeni təşkilat yaradıldı. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bu təşkilatın da üzərinə mühim işlər düşür".

Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması məsələsindən də danışan Milli Məclisin deputatı bildirib ki, doğma torpaqlarına qayıtmaq hər bir azərbaycanlının tarixi-mənəvi və insani haqqıdır.

"İnsanlarımız da bu mənəvi haqlarını istəyirlər, bunu heç kimə qadağan etmək olmaz. Azərbaycanın təklif etdiyi sülh prinsipləri də buna yönəlib. Regionda birgə yaşayış, sülh şəraiti yaransın".


Etiketlər:  Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac DEPUTAT ŞƏRH ETDİ


RƏYLƏR