Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 20:15
Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.
Bu meyvədə çoxlu elektrolitlər - kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.
Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.
Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.
Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.