Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın potensial rəqibi bəlli oldu

''Qarabağ''ın potensial rəqibi bəlli oldu

Tarix: 9 Avqust 2022 23:06

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.

"Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.

Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ" hazırda Budapeştdə "Ferentsvaroş"la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubun xeyrinədir - 1:0. Azərbaycan çempionu Bakıdakı ilk matçdan heç-heçə ilə ayrılıb - 1:1.


Etiketlər:  Qarabağın potensial rəqibi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ