Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2022 13:52
Hindistanın Tamil-Nad ştatında kilsə keşişi azyaşlı qızlara təcavüz ittihamı ilə həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Zərərçəkən uşaqlar hadisə barədə valideynlərinə məlumat veriblər. Valideynlər azyaşlıların müdafiəsi üzrə qurumlarla əlaqə saxlayıblar. İşlə bağlı məxfi istintaq başladılıb. Nəticədə keşiş Con Robertin cinsi təcavüzdə günahkar olduğu təsdiqini tapıb.
Keşiş həbs edilib və ona qarşı cinayət işi açılıb.
Məsələ ilə bağlı araşdırmalar davam edir.