Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"43 min azdır, daha çox rus əsgər ölməlidir" - Zelenski

Tarix: 11 Avqust 2022 08:57

Ukrayna hərbçilərinin silahları nə qədər güclü olarsa, istifadə dairəsi nə qədər geniş olarsa, bu müharibə bir o qədər tez bitər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Müharibənin bitəcəyi tarixlə bağlı müxtəlif fərziyyələr var. Amma zaman məsələsi birbaşa Rusiyanın verdiyi itkilərdən asılıdır. Onlar nə qədər çox itki versə, biz öz torpaqlarımızı daha tez azad edib Ukraynanın təhlükəsizliyinə təminat verə bilərik. Bizə dəstək olan hər kəs bu barədə düşünməlidir ki, nə etmək olar ruslar böyük itkilər versin və müharibə tez qurtarsın. Həlak olan 43 000 rus əsgər Rusiya rəhbərliyini müharibə bitməsi üçün yola gətirə bilməyibsə, demək, əmin olmaq üçün daha çox döyüşməli, daha çox nəticə əldə etməliyik", - Zelenski bildirib.

Milli.Az


Etiketlər:  43 min azdır daha çox rus əsgər ölməlidir Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ