Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 12:08
Bildiyimiz kimi, ölkədə koronavirusa yoluxma və ölüm halları günü-gündən artır.
Statistikanın artması insanlar arasında təşvişə səbəb olur.
Sonxeber.net xəbər verir ki, lent.az ölkədəki epidemioloji vəziyyətə və qapanma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazova müraciət edib.
Baş infeksionist bildirib ki, respublikada koronavirusa yeni yoluxma hallarında artımlar müşahidə edilsə də, bu artımlar əvvəlki dövrlə müqayisədə sıçrayışlı deyil:
"Hesab olunur ki, mənfi dinamika bir müddət davam edəcəkdir. Əksər hallarda xəstəlik yüngül keçir. Epidemioloji durum ciddi izlənilir və nəzarət altındadır. Pandemiyanın və hazırda koronovirusun daha sürətlə yayıldığı digər ölkələrin təcrübəsi onu deməyə əsas verir ki, hələlik qapanma tədbirlərinə ehtiyac yoxdur".