Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 16:00
"Həyat yoldaşımla məhkəmə qərarı ilə ayrılanda Prezident mənə ev vermişdi. Xətai metrosunun yanında. 2005-ci il idi. Mənə, Yaşar Nuriyə, kamança ustası Habil Əliyevə və Siyavuş Aslana. Təmirli, gözəl ev idi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov "Onun sirri" proqramında deyib.
"Keçmiş həyat yoldaşım bunu eşidən kimi yaşamaq hüququ ilə bağlı məhkəməyə verdi məni. Yəni, deyirdi otağın birində yaşamaq hüququm var. Mən də dedim, elə bir şey ola bilməz, boşanmışıq. Belə qərara gəldik ki, evi satım və həmin otağın qiyməti nə qədərdirsə, verim onlara. Elə də etdik. Satdım, pulu verdim oğluma. O da getdi özünə maşın aldı.
Məndə "Jeep"dir, onda da. Onda mənimkindən bahadır. Mən 22 minə almışdım, o, isə 32, ya 40 minə. Soruşdum ki, o qədər pulun hamısını niyə maşına verdin? Qarşılığında mənə sual verdi ki, ata, sən kimin oğlusan? Dedim babanı tanımırsan? İsgəndər kişinin. Yenə sual verdi ki, o nəçidir? Dedim, yəqin zarafat edir, cavab verdim ki, kolkoz sədri. O da dedi ki, sən kolxoz sədrinin oğlusan, mən isə Xalq artistinin. Ona görə də mənimki baha olmalıdır. Belə bir zarafat etdi. Mənə ev veriləndə öz adıma olan evi onun adına keçirtdim.
İndi hər şeyim var. Maşından tutumuş evə qədər. Ağstafada da ev tikdirmişəm. Bakıda da var" deyə, T.Qasımov bildirib.