Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 16:08
49 yaşlı Aleksandra Uilson-Cons həyətində çoxlu bitki olduğuna görə kirayə qaldığı evdən çıxarıla bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Britaniyalı qadın bildirib ki, o, keçən həftə ev sahibindən yaşayış yerini tərk etmək barədə bildiriş alıb. Xanımın sözlərinə görə, buna səbəb onun həddən artıq bitki həvəskarı olmasıdır.
Cons anasının ölümündən sonra bağçılıqla məşğul olmağa başladığını söyləyib. Aleksandra əmindir ki, onun çiçəkləri zərərdən çox xeyir gətirir, lakin heç də hamı belə düşünmür.
Britaniyalı qadına yerli administrasiya tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, onun bitkiləri digər insanları narahat edir və təhlükəsizlik qaydalarını pozur.