Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2022 17:50
Müğənni Nura Suri Bakı bulvarı ərazisində samokat icarəyə verən "WingZ" şirkətindən şikayətçidir.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib.
Suri iddia edir ki, şirkətin əməkdaşları enerjisi çox olan samokatları qəsdən aktiv saxlayır ki, heç kim götürə bilməsin, enerjisi az olanları isə sakinlərə təklif edir.
"WingZ şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (oğlu-red.) bulvarda götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə paylaşmaq qərarına gəldim", - müğənni sosial şəbəkə səhifəsində yazıb.
Məsələ ilə bağlı "WingZ" şirkəti ilə əlaqə saxladıq. Rəhbərlikdən saytımıza bildirdilər ki, deyilənlər həqiqəti əks etdirmir: "Anlaşılmazlıq olub. Əvvəlcə onu qeyd edim ki, samokatın enerjisi 50%-dən aşağıdırsa, müştəri onu götürə bilmir. Digər aktiv samokatı isə əməkdaşımız götürüb ki, gedib digər enerjisi bitmiş samokatlar üçün batareya gətirsin. Nura Suri problemi düzgün ifadə etməyib".