Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İshal zamanı uşaqlar üçün ƏN İDEAL QİDA

İshal zamanı uşaqlar üçün ƏN İDEAL QİDA

Tarix: 13 Avqust 2022 20:30

Son zamanlar uşaqlar arasında ishal geniş yayılıb. Əksər valideynlər uşaqlara nə yedirəcəklərini bilmirlər.

Bunu həkim pediatr Günay Rəsulova deyib. Həkim bildirib ki, ishal zamanı ən çox itirilən elektrolit, NaCl və kalium olduğuna görə, üzərinə duz çəkilmiş soyutma kartof ishal zamanı valideynin uşağa verə biləcəyi ən ideal qidadır.

"Belə ki, kartof kaliumla zəngindir və üzərinə du çəkərkən biz onu natrium və xlor elektroliti ilə təmin etmiş olduğumuza görə, ishal zamanı çox faydaldıır. Eyni zamanda banan kaliumla zəngin olduğuna görə, turş süd məhsulları, süzmə, kefir, qatıq probiotiklə zəngin olan qida olduğuna görə ishal zamanı effektiv təsir göstərir".

Pediatr onu da əlavə edib ki, ishal zamanı uşaq çox su ititdiyinə görə, ona bol maye vermək, qızardılmış, yağlı, qovrulmuş soğanlı  yeməklərdən uzaq tutmaq lazımdır.


Etiketlər:  İshal zamanı uşaqlar üçün İDEAL QİDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ