Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ərzaq təminatında xaricdən asılılığı azaldıb - VİDEO

Azərbaycan ərzaq təminatında xaricdən asılılığı azaldıb - VİDEO

Tarix: 15 Avqust 2022 16:46

Dünyanın bir çox ölkələri ərzağının böyük qismini idxal etdiyi halda Azərbaycan ötən illər ərzində təminatı 100 faizə çatdıra bilməsə də, bu sahədə nisbəti əhəmiyyətli dərəcədə öz xeyrinə dəyişə bilib.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iki gün öncə dövlət televiziyasına müsahibəsində bu haqda danışan Prezident İlham Əliyev sovet dönəmindən sonra bir sıra ərzaq növlərində Azərbaycan daxili tələbatının böyük hissəsini ödədiyini bildirdi.  Belə ki, Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin etmək iqtidarındadır. Dövlət başçısı qeyd etdi ki, ölkənin özünü zəruri ərzaq məhsulları ilə tam təmin etməsi üçün ən az 5 il vaxt lazım olacaq.

Mövzunu ərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bunun üçün həyata keçirilən dövlət proqramlarından gözləntilər böyükdür.

Xüsusilə də buğda ilə təminatda digər ərzaq məhsulları ilə müqayisədə təminat daha aşağıdır. Dövlət başçısı da qeyd etdi ki, bu sahədə daxili istehsal hələ ki, tələbatın yalnız 62 faizini ödəyə bilir. Bu sahədə növbəti illərdəki ilk hədəf isə təminatı 80 faizə çatdırmaqdır.

Tahir Rzayev deyib ki, bunun üçün sahibkarları stimullaşdıran addımlar atılmalıdır.

Hazırda işğaldan azad edilən ərazilərdə 50 min hektarda taxıl əkilib və növbəti hədəf bu ərazini genişləndirərək 100 min hektara çatdırmaqdır.

Heyvandarlıq sahəsində Kəlbəcər, Laçın və Zəngilan rayonları, taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələrində isə Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonları önəmli rol oynaya bilər.

Ekspert Elşad Məmmədov isə bildirib ki, dünyada ərzaq qıtlığının yaşandığı bu dönəmdə azad edilən ərazilərin yenidən Azərbaycan iqtisadiyyatına fəal qoşulmasına ciddi ehtiyac var.

Onu da demək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaxın illərdə Azərbaycan iqtisadiyyatında payının sürətlə artacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycan ərzaq təminatında xaricdən asılılığı azaldıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ