Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 16:56
Hindistanda bir kişi 22 ildir ki, Hindistan Dəmir Yollarını bilet üçün artıq ödədiyi 20 rupiyə (inflyasiya nəzərə alınmaqla bu məbləğ 1 dollara uyğun gəlir) görə məhkəməyə müraciət edib.
Sonxeber.net bildirir ki, BBC News hindlinin davanı necə qazana bildiyi barədə yazıb.
Hadisə 1999-cu ildə Uttar Pradeş ştatının Mathura Cantonment dəmir yolu stansiyasında baş verib. Vəkil Tungnath Çaturvedinin hər birinin qiyməti 35 rupi olan iki bilet alıb. O, kassaya 100 rupi verdi və 30 rupi alacağını gözləyib, lakin kassir ona cəmi 10 rupi verib. Çaturvedi qalan pulu qaytarmağı tələb edib, lakin kassir onun tələbinə məhəl qoymayıb. Daha sonra o, daşıyıcı şirkəti və bilet kassasının əməkdaşını məhkəməyə vermək qərarına gəlib.
İşə baxılma 20 ildən çox çəkib. Çaturvedi bu müddət ərzində yüzdən çox dinləmədə iştirak edib. Avqustun əvvəlində istehlakçı məhkəməsi Hindistan Dəmir Yollarının müştəriyə 30 gün ərzində 1999-2022-ci illər arasında hər il üçün illik 12 faizlə 20 rupi ödəməli olduğuna qərar verib. Şirkət həmçinin 15 min rupi (180 dollar) məbləğində cərimə olunub.
Hindistanlı qeyd edib ki, cüzi bir ödəniş bu iddianın gətirdiyi əziyyəti kompensasiya edə bilməz. Bununla belə, o, ümid edir ki, onun hekayəsi digər insanları haqsızlığa qarşı mübarizəyə ruhlandıracaq və çətinliklərə baxmayaraq onlar təslim olmayacaq.
"Məsələ pul deyil. Söhbət həmişə ədalət uğrunda mübarizədən, korrupsiyaya qarşı mübarizədən gedib, ona görə də buna dəyərdi. Həm də özüm vəkil olduğum üçün vəkil pulu ödəməli və ya məhkəməyə getməli deyildim. Əks halda bu bahalı ola bilərdi", - o deyib.
İrfan Vəliyev