Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 13:00
"Qadında cəsarət, cürət, mənlik olmalıdır. Bu keyfiyyətlər də hər qadında yoxdur. Kişi onlara ilk dəfə əl atanda şikayət edə bilərdilər. Bəlkə, yaxşı pul qazandıqlarına görə işdən çıxmaq istəməyiblər. Amma həmin o anda qadın kişini məhkəməyə verməli, yığışıb bir yerdə ondan şikayət edə bilərdilər. Deyirlər, 12 qadındır. Şikayət etsəydilər, bu məsələ də ortalığa çıxmazdı".
Sonxeber.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a hüquq müdafiəçisi Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu FHN-də baş verən intim video qalmaqalını şərh edərkən deyib.
O, bildirib ki, ilk növbədə, bu, çox çirkin məsələdir: "Bu gün bu millətin qazi, qiymət artımı və s. mühüm dərdləri qurtarıb, bu məsələni ortalığa atıblar. Kim atıbsa, Allah ona lənət eləsin! Cəmiyyət bu çirkin əməli müzakirə edir.
Bu ölkədə Azərbaycan millətinə məxsus olmayan şeylər baş alıb gedir. Onu yayanın da ata-anasına lənət olsun! Bunu uşaq, qadın, kişi izləyir. Düzdür, qadınlar ləyaqətsizlik edib. Bunu da hər kəsin ayağına yazmaq olmaz. Hər ailə bir-birinə oxşamır. Bu başqalarının da ailəsində problemlərə gətirib çıxarda bilər. Nəticədə də qadın alçalır. Videodakı polkovnikə mən kişi deyə bilmərəm. O, çox ləyaqətsiz və vəhşidir".
Novella Cəfəroğlu bu məsələdə qadınların şantaj olunma ehtimallarını yüksək olduğunu da diqqətə çatdırıb:
"Əgər, həmin kişi videonu çəkib kiməsə göstərirsə, deməli, bu qadınları şantaj edirmiş. Bu ləyaqətsizin qadınları şantaj etməsi ehtimalı yüksəkdir. Hər bir müəssisədə nəsə çatışmazlıqlar ola bilər. Qadınları şantaj edərək bu hərəkətə boyun əydirib. Hər şey ola bilər. Amma bunu ictimailəşdirmək olmaz. Bunu təhlüksəzilik orqanları tapmalıdır".
Novella Cəfəroğlu qisas almaq üçün bu cür əməllərin olmasını pisləyib və davam edəcəyini də istisna etmir:
"Belə hadisələr Azərbaycanda olmamalıdır. Kimlərsə elədisə, bunu dəb halına gətirmək olmaz. Bunu qisas forması kimi hamı bir-birinə edəcək. Bu, həm də qadınları alçaltmaqdır. Həmin qadınların ailəsi, uşağı var. İndi cavan qızların davranışlarında problemlər var. Mən o qadınlara haqq qazandırmıram. Bu, heç bir idarədə, heç bir müəssisədə olmamalıdır. Kimsə Kəmaləddin Heydərova sataşmaq üçün bunu edib.
O ehtimal da var ki, qadınlar işini qorumaq üçün bu təklifə razılıq veriblər. Şikayət etsəydilər, bu məsələ də ortalığa çıxmazdı. Bütün hallarda qadınların şantaj olunduğuna inanıram. Cavan oğlandır, polkovnik, şöbə müdiridir. Bunların ondan asılacağı var idimi? Hər bir məqamda asılıolma məsələsi ortalığa düşür. Qadın özündə cürət tapıb bundan imtina edə bilərdi. Bundan sonra başqaları da diqqətli olub, belə hərəkətlər etməzlər".