Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 08:28
Bakının Əhmədli qəsəbəsi, Sarayevo 18 ünvanında yaşayan sakinlər həyətlərindəki zibillikdən narazıdırlar.
Bu barədə onlar Real tv-yə video-şikayət göndəriblər.
Belə ki, həmin ərazidəki zibillər vaxtında yığılmadığından tullantılar və onların pis qoxusu hər tərəfə yayılır.
Sakinlər qeyd edib ki, binaların qarşısında zibil qutularının bloklara yaxın məsafədə yerləşdirilməsilə yanaşı, onların sayı da çoxdur: "Bu ərazidəki bütün məişət və ticarət obyektləri, apteklər, eləcə də mağazalar zibillərini məhz bura atır. Nəticədə tullantılardan çıxan pis qoxu ən yüksək mərtəbələrə qədər qalxır. Pəncərələri açıb hava ala bilmirik".
Məsələnin araşdırılması məqsədilə Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət edilib. Qurumun baş mühəndisi Sahib Babayev bildirib ki, Bakının bir çox rayonlarında tullantıların yığılması, daşınması və çeşidlənməsi ilə bağlı layihə tətbiq olunmağa başlayıb: "Bütün narazılıqlar mərhələli şəkildə aradan qaldırılacaq. Çalışacağıq ki, bu sahədə sakinlərin heç bir problemi qalmasın".