Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 08:42
Rusiyanın bir raketi belə cavabsız qalmayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.
"İstəyirəm, Rusiyanın hər gün vəhşicəsinə hücumuna məruz qalan şəhərlərin sakinlərinə səslənim. Xarkov, Nikolayev, Donbasın bütün şəhərləri, Dneprpetrovsk, Zaporojye vilayəti...Biz bir dənə də raketi cavabsız qoymayacağıq. Şəhərlərə zərbəni həyata keçirən və buna əmr verən hər bir şəxsi müəyyən edəcəyik. Bircə qatil də gizlənə bilməyəcək", - deyə o bildirib.