Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu torpaqlar ermənilərin deyil, buna görə də yandırıb çıxırlar - Elşad Həsənov

Bu torpaqlar ermənilərin deyil, buna görə də yandırıb çıxırlar - Elşad Həsənov

Tarix: 20 Avqust 2022 10:51

Laçın şəhərinin, Zabux və Sus kəndinininboşaldılır.

Sonxeber.net xəbər verir ki, bunu SİA-ya açıqlamasında Politoloq Elşad Həsənov bildirib.

Politoloq Elşad Həsənovbildirib ki, Ermənistan mətbuatı artıq bəyan edib ki, həmin kəndlər boşaldılır və kəndlərin yandırılmaması haqqında ermənilərə guya xəbərdarlıq edilib:

"Ancaq görünən odur ki, artıq ermənilər kənddən çıxan zaman meşələri və evləri yandırırlar. Bu erməni millətinin xəbis xüsusiyyətidir. Xəbislik artıq ermənlərin xarakteridir. Bu torpaqlar onların deyil, buna görə də yandırıb çıxırlar. Qarabağın ekologiyasına böyük ziyan vururlar. Birinci Qarabağ müharibəsi dövründə yurdlarını tərk edən əhalimizin heç biri öz evini yandırmadı. Bizim əhalimiz yurdlarını, evlərini qoyub gedəndə belə etmədi. Çünki biz bilirdik ki, gec və tez öz doğma torpaqlarımıza və evlərimizə qayıdacağıq. Bu gün ermənilərin evləri yandırmaq səbəbi odur ki, onlar heç vaxt bu torpaqlara bir daha qayıtmayacaqlar. Azərbaycan torpaqlarında müvəqqəti yaşadıqlarını bilirdilər. Kütləvi şəkildə məşələri yandırmaq və ekologiyaya zərər vurmaq BMT tərəfindən araşdırılmalıdır.

Bizim adiyyatı orqanlar müəyyən sənədlər toplayıb, video və foto matrealları hazırlayıb, əraziyə dəymiş zərər hesablayıb BMT və digər beynəlxalq təşkilatlara təqdim etməlidirlər. Eyni zamanda Ermənistanın Azərbaycana vurduğu ekoloji və mədəni zərərlərlə bağlı matreallarda hazırlandı. Meşələrin yandırılması təkcə Laçına yox, bütövlükdə bütün dünya ekologiyasına vurulan böyük zərbədir. Biz bu hadisələrə Kəlbəcərdə də şahidi olduq. Etdikləri əməllər ermənilərin vandal zehinlərindən xəbər verir.

İrəvanda "Sürməli" ticarət mərkəzində yanğın nəticəsində16 nəfər yanaraq öldü, 62 nəfər xəsarət aldı, iki nəfər də itkin düşdü. İrəvan mətbuatı olayları belə qiymətləndirir ki, Rusiyanın bu hadisədə əli var. Düşünürlər ki, Rusiya terror aktı törədib .Ermənistan ictimaiyyəti artıq Rusiya ilə soyuq mübarizəyə başlayıblar. Hətta məsələ səfirlik səviyyəsinə qədər yüksəldi ki, Rusiyanın Ermənistandakı səfirliyi Ermənistana nota verdi. Ermənistan Rusiyanı günahlandırır və münasibətlərə xələl gətirirlər. Ermənilər etdikləri bütün cinayətlərə cavabdeh olmalıdır. Heç bir cinayət cəzasız qalmayacaq".


Etiketlər:  torpaqlar ermənilərin deyil buna görə yandırıb çıxırlar Elşad Həsənov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ