Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 18:30
"O qədər özgüvənim var ki, heç vaxt, heç kimə həsəd aparmamışam. Elə bir adam da olmayıb ki, deyim "Ay Allah bu filankəsdir. Mən bununla duet oxuyum". Təbii ki, yaxşı sənətkarlarımız var. Gözəl duetlərimiz bəlkə ola bilər".
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Söz-baz" verilişinə müsahibəsi zamanı bildirib.
"Özgüvənim o qədər çoxdur ki, duet ortağı seçə bilmirəm" deyən Gülay heç kim də güvənmədiyni etiraf edib. Sənətçinin bu etirafı zamanı gözləri dolub:
"Mən özümə güvənirəm. Ümumiyyətlə, bu həyatda heç kimə güvənim yoxdur. Heç kimə də etibar etmirəm. İnsanlardan hər şey gözləmək olar".