Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 09:26
09:23
Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 20-yə yüksəlib.
Yaralı polis əməkdaşı dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardinin Derik rayonunda zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.
Yaralılardan 26-sının müalicəsi davam edir.
------------
20.08.2022
22:48
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.
Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.
Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.
"Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Xəsarət alnların müalicəsi üçün bütün vasitələr səfərbər edilib. Arzumuz Qaziantep və Mardində baş verən yol qəzalarına görə yeni ağrılar yaşamamaqdır".
21:33
Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.
İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.