Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sus kəndində qalan ermənilərin sayı...

Sus kəndində qalan ermənilərin sayı...

Tarix: 21 Avqust 2022 07:12

Dedilər ki, delimitasiya və demarkasiya aparırlar, amma əslində belə bir şey yoxdur.

Sonxeber.net Konkret.az-a istinadən xəbər verir ki, bu barədə bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək Sus kəndinin icma rəhbəri Mxitar Nersisyan deyib.

O bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndləri avqustun 25-dən düşmənə təhvil veriləcək:

"Avqustun 5-dən sakinlər öz əşyalarını Ermənistanın digər bölgələrinə daşımağa başlayıblar. Bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib".

"Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı. Bir neçə il bundan əvvəl daha da çox idi, amma illər keçdikcə əhalinin sayı azalıb", - deyə Mxitar Nersisyan vurğulayıb.

İcma rəhbərinin sözlərinə görə, 44 günlük müharibədən sonra o, Sus kəndinin erməni tərəfinin nəzarətində qalacağını, bütün sakinlərin qayıdacağını fikirləşib:

"Mənə dedilər ki, delimitasiya və demarkasiya işləri aparırlar, əslində belə bir şey yoxdur, kəndi təhvil verməliyik".


Etiketlər:  kəndində qalan ermənilərin sayı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ