Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda faciə: ölən və yaralananlar var - FOTO

Bakıda faciə:  ölən və yaralananlar var - FOTO

Tarix: 21 Avqust 2022 09:36

Bakının Nəsimi rayonunda bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, yol kəsişməsində "Mercedes" markalı avtomobili idarə edən sürücü "KIA" markalı maşına çırpılıb. Toqquşma zamanı ""KIA" markalı maşnın sərnişini ölüb, sürücüsü isə ağır xəsarət alıb.

"Mercedes" markalı avtomobildə olan iki nəfər də ağır xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az


Etiketlər:  Bakıda faciə ölən yaralananlar var FOTO


RƏYLƏR