Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makiyajla yatdıqda cilddə nələr olur?

Makiyajla yatdıqda cilddə nələr olur?

Tarix: 21 Avqust 2022 12:15

Cilddəki qırışların, sızanaqların, solğun dərinin əsas səbəblərindən biri də makiyajı silmədən yatmaqdır. 

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, yuxu bədənimizin dincəlməsi və bərpası üçün çox vacibdir. Əzələlər kimi üzün də bərpaya ehtiyacı var. Yatarkən dəriniz gün ərzində təsir etdiyi bütün amillərdən uzaqlaşır və bərpa rejiminə keçir.

Makiyajla yatdıqda isə dəri nəfəs ala bilmir. Eyni zamanda, makiyaj ləvazimatlarının tərkibində olan kimyəvi maddələr gecə boyunca cildin ən alt qatlarına qədər hopur.

Onu da qeyd edək ki, gecə boyunca üz dərisi təbii yağ ifraz edir. Lakin makiyajla birlikdə bu, dəridə ləkələrin, ən əsası isə qırışların yaranmasına səbəb olur. Təbii yağlar məsamələrin azalmasına, ölü heceyrələrin bərpasına da təsir etdiyi üçün makiyajla bütün bunların qarşısını almış olursunuz.

Bütün bunlar da sonda sızanaqların yaranmasına münbit şərait yaradır. Makiyaja görə dəri getdikcə quruyur, göz, dodaq ətrafında qırışlar yaranır.

Eyni zamanda, makiyajla yatmaq cildin iltihablanmasına, qızartıya və infeksiyaya da səbəb olur. Bütün bunlarla qarşı-qarşıya qalmamaq üçün yatmazdan əvvəl makiyajı təmizləmək və su ilə onu yumaq mütləqdir.


Etiketlər:  Makiyajla yatdıqda cilddə nələr olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ