Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2022 14:08
Turistlərin ən çox səyahət etdiyi aylardan biri avqustdur. Ancaq təəssüflər olsun ki, bu ayın sonuna qədər turistlər Türkiyə istiqamətində bilet tapmaqda çətinlik çəkirlər. Üstəlik quru sərhədlərin bağlı olduğunu nəzərə alsaq, problemin ciddi olduğunu demək olar. Bənzər hal Gürcüstan istiqamətində də yaşanır. Eskpertlər deyirlər ki, çıxış yolu kimi bu günlərdə reyslərin sayı artırılmalıdır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər Bakıdan Türkiyəyə səfər etmək üçün aviabilet tapmaqda çətinlik çəkirlər. Sosial şəbəkələrdə səyyahət forumlarında bununla bağlı paylaşımlar edib, kömək istəyən insanlar var. Bildirilir ki, sadəcə bahalı klass biletlər qalıb ki, bunun da qiyməti hədsiz yüksəkdir
Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, mövsümlə əlaqədər Türkiyəyə gedənlərin sayı çox olduğu üçün artıq ekonomclass biletlər tükənib. Nisbətən yüksək klass biletlər qalıb ki, bunun da qiyməti bir istiqamət üzrə 1400 manata qədərdir.
Ankara istiqamətinə isə ancaq ekonom class təyyarələr uçur. Buna görə də, avqustun sonuna qədər bu istiqamətə bilet demək olar ki, yoxdur. Yalnız sentyabr ayı üçün məhdud sayda biletlər qalıb.
Ekspertin sözlərinə görə, bənzər hal Gürcüstan istiqamətində də müşahidə edilir. Yay sezonu, üstəlik quru sərhədlərin bağlı olmasına baxmayaraq, reyslərin sayı yetəri qədər artırılmayıb.
Rəhman Quliyev təklif edir ki, ən azından bu vaxtlar həmin istiqamətlər üzrə reyslərin sayı artırılmalıdır.
Əgər Gürcüstana reyslərin sayı artırılarsa, sərnişinlər Tiblisiyə, oradan da həm quru yolla, həm də təyyarə ilə Türkiyəyə rahatlıqla səyahət edə bilərlər.