Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının bir hissəsində 5 gündür su yoxdur - Səbəb nədir? - VİDEO

Bakının bir hissəsində 5 gündür su yoxdur - Səbəb nədir? - VİDEO

Tarix: 22 Avqust 2022 14:42

Bakıda 5 gündür ki, üç binada yaşayan 150 ailənin su ilə təminatında problemlər var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən 29, 31 və 33 saylı binalarda yaşayan sakinlərdən gedir.

Sakinlərin sözlərinə görə, binalarda öncədən köhnə su xətləri olub. Ancaq bir müddət əvvəl su xətləri yenilənib və yeni sayğaclar quraşdırılıb. Problem də bundan sonra yaranıb.

Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə suyu pulla almalı olurlar.

Məsələ ilə bağlı Binəqədi rayon su-kanal idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, ərazidə öncədən fərdi su xətləri olub və qurum tərəfindən onlar hamısı ləğv edilərək vahid su şəbəkəsi yaradılıb. Hazırda Biləcəri qəsəbəsi ərazisində su xətlərinin yenilənməsi prosesi getdiyindən həmin binalara su gün ərzində iki dəfə olmaqla qrafiklə verilir. Yenidənqurma işləri yekunlaşandan sonra binaların fasiləsiz su təminatı bərpa olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Bakının bir hissəsində 5 gündür su yoxdur Səbəb nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ