Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uçurumdan düşdü sağ qaldı, antifriz içib öldü

Uçurumdan düşdü sağ qaldı, antifriz içib öldü

Tarix: 22 Avqust 2022 18:52

Yeni Zelandiyada sürücü qəzaya düşüb, qayadan yıxılıb, sağ qalıb və ertəsi gün antifriz içdikdən sonra ölüb.

Sonxeber.net bildirir ki, bu barədə NZ Herald məlumat yayıb.

36 yaşlı Prayor Alan Li kapiper işləyirdi Qreymutdakı evində bir neçə gün istirahət edib işə qayıdarkən onun Ford Ranger avtomobili yoldan çıxaraq təxminən 200 metr hündürlükdə dik yamacdan aşağı yuvarlanıb.

Li uçurumdan yıxılaraq sağ qalıb, lakin çoxsaylı qançırlar alıb. Buna baxmayaraq, o, müstəqil olaraq əsanın köməyi ilə ən yaxın kənd evinə çatıb.

Li ev sahiblərinə başqa avtomobillə toqquşmamaq istəyərkən qəzaya uğradığını və bundan sonra bütün gecəni küçədə keçirdiyini deyib. O, xilasedici helikopter çağırmaq təklifindən imtina edib, lakin ev sahiblərinin onu xəstəxanaya aparmasına razılaşıb.

Yolda Li danışıb və qəzadan sonra itən itdən narahat olub. O, döş qəfəsindəki ağrılardan şikayətlənib və ağır nəfəs alıb. Xəstəxanada ev sahibləri ona lazımi sənədləri doldurmağa kömək ediblər.

Bir-iki saatdan sonra kişinin vəziyyəti kəskin şəkildə pisləşib. O, reanimasiyaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Həkimlərin səyinə baxmayaraq, Li dünyasını dəyişib.

Onun avtomobilindən açıq şüşə antifriz, qanında isə bu maddənin tərkib hissəsi olan etilen qlikol aşkar edilib. Polisin məlumatına görə, o, susuzluğunu yatırmaq üçün butulkadan içib.

Polis, Linin qəbul etdiyi yuxusuzluq dərmanının yan təsirlərindən əziyyət çəkdiyini və bunun da yorğunluğun artmasına səbəb ola biləcəyini söyləyib. Səyahət zamanı o, sevgilisinə dincəlmək üçün dayanacağını yazıb.

İrfan Vəliyev


Etiketlər:  Uçurumdan düşdü sağ qaldı antifriz içib öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ