Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəlkə, Mərcanlıya gələn Duqinanı erməni qətlə yetirib?

Bəlkə, Mərcanlıya gələn Duqinanı erməni qətlə yetirib?

Tarix: 23 Avqust 2022 08:12

Bəlkə kampaniya başladasınız! Aleksandr Duqin və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar. Hər halda səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib...

Bu sözləri millət vəkili Fazil Mustafa Darya Duqinanın qətlə yetirilməsi barədə sosial şəbəkələrdə gedən müzakirələrə münasibətində deyib.

"İçinizdə nəyə haqq qazandırısınızsa qazandırın, üzdə heç olmazsa, öz dərdinizə ağlayın. Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz, doğru olmazmı? Tutar qatıq, tutmasa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya", - millət vəkili qeyd edib.

Xatırladaq ki, Darya Duqina 20 avqustda maşınına qoyulmuş partladıcının işə salınması nəticəsində həlak olub. Rusiya FTX-si bu terror aktını ukraynalı qadının törətdiyini iddia edir. Rusiya Milli Respublika Ordusunun partizanları isə bu teraktın məsuliyyətini öz üzərlərinə götürüblər.

Milli.Az


Etiketlər:  Bəlkə Mərcanlıya gələn Duqinanı erməni qətlə yetirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ