Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Viktoriya” ilə bacarmadı - YENİLƏNİB - VİDEO - FOTO

“Qarabağ” “Viktoriya” ilə bacarmadı - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 24 Avqust 2022 00:58

00:57

Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Plzendə Çexiya çempionu "Viktoriya" ilə görüşüb. Bakıda qolsuz heç-heçə edən rəqiblərin "Duşan Arena"dakı duelində hesabı Filip Ozobiç açıb. Milliləşən xorvatiyalı ilk yarının sonlarında fərqlənib.

Çexiya çempionu fasilədən sonra hesabda tarazlıq yarada bilib. Şahrudin Məhəmmədəliyevin çıxışdakı səhvindən sonra Yan Kopits status-kvonu bərpa edib.

Bu hesab oyunu əlavə vaxta aparmalı olsa da, çexiyalılar daha bir qola imza atıb. Yan Kliment "Viktoriya"ya qələbə qazandıran topa imza atıb. Plzen təmsilçisi Çempionlar Liqasının qrupuna düşüb.

Bununla da "Qarabağ" Avropa Liqasına yuvarlanıb. Ağdam klubu qitənin ikinci dərəcəli klub turnirinin qrupunda oynayacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əvvəlki mərhələlərində Polşa "Lex"i (0:1, 5:1), İsveçrə "Sürix"i (3:2, 2:2, əlavə vaxtda) və Macarıstan "Ferensvaroş"unu (1:1, 3:1) mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası 
Pley-off, cavab oyunu
23 avqust
23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1

Qollar:  Yan Kopits, 58,  Yan Kliment, 73 - Filip Ozobiç, 38

"Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (K), 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 44. Libor Holik, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 10. Abdullah Zubir,  25. İbrahima Vadji, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

00:39

Çempionlar Liqası 

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1 (İkinci hissə)

Qollar: Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

00:14

Çempionlar Liqası 

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 1:1 (İkinci hissə)

Qol: Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1)
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

23.08.2022

23:41

Çempionlar Liqası 

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 0:1 (Birinci hissə)

Qol: Filip Ozobiç, 38
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

23:00

Çempionlar Liqası 
Pley-off, cavab oyunu
23 avqust
23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - 0:0

"Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (K), 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 44. Libor Holik, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 10. Abdullah Zubir,  25. İbrahima Vadji, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

19:36

Bu gün Çempionlar Liqasının pley-off mrəhələsinin cavab oyunlarına start veriləcək.

Turnirdəki təmsilçimiz "Qarabağ" Çexiyada "Viktoriya"nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk matç heç-heçə başa çatdığından və artıq səfər qolu qaydası ləğv olunduğundan qrupa düşmək istəyən komanda mütləq qələbə qazanmalıdır.

Qeyd edək ki, Ağdam klubu bu gün uğur qazansa, tarixində 2-ci dəfə ÇL-də qrupa yüksələcək (ilk dəfə 2017/18 mövsümündə).  

Qeyd edək ki, ÇL-də bütün pley-off cütlərinin məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.

23 avqust

Çempionlar Liqası 

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim
: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

19:36

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

Çempionlar Liqasında mübarizə aparan Ağdam klubu pley-offun cavab görüşündə qüvvəsini sınayacaq.

Qurban Qurbanovun yetirmələri Plzendə "Viktoriya"nın qonağı olacaq. Bakıda Çexiya çempionu ilə qolsuz heç-heçə edən "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində qrupa yüksəlmək üçün ən azı penaltilər seriyasında da olsa, mütləq qalib gəlməlidir. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrup mərhələsində oynayacaq.

Çempionlar Liqası 
Pley-off, cavab oyunu
23 avqust
23:00. "Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: 
Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

Milli.Az


Etiketlər:  Qarabağ Viktoriya ilə bacarmadı YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ