Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəsrin vəfat edən aktyor haqda: "Hamımızı suya aparıb, susuz gətirərdi"

Nəsrin vəfat edən aktyor haqda:

Tarix: 23 Avqust 2022 09:08

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir neçə gün əvvəl vəfat edən aktyor Civan Canova ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mərhum aktyorla sonuncu dəfə "Üç kuruş" serialında rol alan aktrisa onunla bağlı xatirələrini bölüşüb:

"Çəkiliş meydançalarına həmişə eyni avtomobillə gedirdik. Bəzən qayıdanda da bir yerdə olurduq. Həmişə "birinci Nəsrin xanımı evinə düşürək" deyirdi. Əsl centlmen idi. Öz dövrümdə görmədiyim tipdən. Onunla istənilən mövzuda danışa bilərdik. "Whatsapp" qrupumuzda iyrənc zarafatlar edəndə ondan üzr istəyərdim. Deyirdi ki, "Sən niyə məndən üzr istəyirsən, elə bilirsən bunlara gülə bilmirəm?". Hamımızı suya aparıb, susuz gətirərdi. Amma hiylə ilə deyil, ağlı, vicdanı, ruhu, yaşadığı həyatı, durduğu yer, danışdığı söz, tutduğu həcmlə. Ədəbiyyat, kino, rəssamlıq, poeziya, teatr, onunla hər şey danışmaq mümkün idi! Axırıncı dəfə dedim ki, sizi ziyarətə gələcəm. "Gəl, gözləyirəm, Nəsrinim" dedi. Xəstəxanada belə narahat halda uzananda da heç vaxt "yox" demədi. Amma öz aramızda fikir ayrılığı yaşadıq. Mənim də bəsirətim bağlandı, gedərəm birdən virusa yoluxar, mənə görə daha da pisləşər... Sabah da çəkdiyimiz səhnələrə oxşar şəkildə bir araya gələcəyik. Bu yazdıqlarım da boşdur, amma olsun. Sənin olduğun yer dolmaz. Səni çox sevirəm, yaxşı ki, mənim bir parçamsan. Qəlbimdəsən".

Qeyd edək ki, C.Canova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az


Etiketlər:  Nəsrin vəfat edən aktyor haqda Hamımızı suya aparıb susuz gətirərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ