Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyər üçün içkinin təhlükəsiz dozası AÇIQLANDI

Qaraciyər üçün içkinin təhlükəsiz dozası AÇIQLANDI

Tarix: 23 Avqust 2022 20:36

Alkoqol qaraciyərin bir nömrəli düşmənidir, onu məhv edir, sirroza gətirib çıxarır.

Alimlər onun dozası barədə mübahisəli fikirlər səsləndirir. Bir qrup deyir ki, hətta ən az miqdar belə qaraciyər üçün yolverilməzdir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Rusiyanın baş hepatoloqu Pavel Boqomolov keyfiyyətli şərabın hətta orqanizmə müsbət təsiri barədə danışıb. O, qaraciyər üçün yolverilən dozanı açıqlayıb.

"Yaxşı alkoqollu içki damarlara yaxşı təsir edir, II tip diabetin riskini azaldır.

Amma unutmayaq ki, müntəzəm, nəzarətsiz, keyfiyyətsiz içkiləri içmək qaraciyərin alkoqola bağlı piylənməsi, hepatiti, sirrozuna səbəb olur.

Alkoqol ürək və mədəaltı vəzi də sıradan çıxarır.
Maraqlısı odur ki, əksər belə pasiyentlərin çoxu heç içki düşkünü deyil.

Kişilər üçün təhlükəsiz doza sutkada 2 dozadır, yəni 2 qədəh tünd alkoqol növü.
Məsələn: 2 qədəh şərab, 2 stəkan pivə və s.
Qadınlar üçün bu norma 2 dəfə az hesablanmalıdır.

Ən təhlükəli məqam ard-arda qəbuldur. 2 saat ərzində masa arxasında 5 qədəh, yəni 5 doza hər hansı içkini içmək.
Qadınlar üçünsə 3 doza. Qaraciyər üçün məhz bu miqdar ciddi zərbədir.

Bu qayda ilə içki qəbulu cəmi bir neçə ay ərzində qaraciyəri zədələyir".


Etiketlər:  Qaraciyər üçün içkinin təhlükəsiz dozası AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ