Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın vəzifəli şəxsi bu ölkədə vəfat etdi - FOTO

Azərbaycanın vəzifəli şəxsi bu ölkədə vəfat etdi - FOTO

Tarix: 24 Avqust 2022 11:30

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasya Şurasının Serbiya üzrə əlaqələndiricisi Zərifə Əlizadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Bu barədə sfera.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Z.Əliyeva ilə dəfn mərasimi avqustun 27-də keçiriləcək. O, paytaxt Belqradın Nova Bejaniya məzarlığında torpağa tapşırılacaq.

Bakıda anadan olan soydaşımız Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib.

O, 1989-cu ildən Serbiyada yaşayıb. Novi Sad Universitetinin Musiqi Akademiyasının professoru idi.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri olaraq ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, doğma dilimizi və adət-ənənələrimizi Serbiyada fəal şəkildə təbliğ edir, bu ölkənin mediası vasitəsilə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirib, mərhumun ailə üzvlərinə, yaxınlarına, Serbiyadakı Azərbaycan diasporuna və Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasına dərin hüznlə başsağlığı verib.


Etiketlər:  Azərbaycanın vəzifəli şəxsi ölkədə vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ