Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahirin komandası ÇL-in qrup mərhələsində

Mahirin komandası ÇL-in qrup mərhələsində

Tarix: 25 Avqust 2022 07:16

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Komanda "Budö Qlimt"lə (Norveç) bu dəfə evdə qarşılaşıb. M. Emreli oyunun 60-cı dəqiqəsində meydana daxil olub və sonadək mübarizə aparıb.

Matçın əsas vaxtı "Dinamo"nun 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk görüşdə Norveç klubu 1:0 hesablı qələbə qazandığından oyunda əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha 2 qol vuran Zaqreb təmsilçisi 4:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Çempionlar Liqası, Pley-off mərhələsi

Cavab oyunları

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1

Qollar: Orsiç, 4 (1:0), Petkoviç, 35 (2:0), Qronbek, 70 (2:1), Drmiç, 117 (3:1), Bockaj, 120 (4:1)

"Maksimir" stadionu

İlk oyun - 0:1

Milli.Az


Etiketlər:  Mahirin komandası ÇL in qrup mərhələsində


RƏYLƏR